Rövnəq Abdullayev: "Qolu daha tez buraxsaydıq, bu qədər məyus olmazdıq"

Rövnəq Abdullayev: "Qolu daha tez buraxsaydıq, bu qədər məyus olmazdıq"

AFFA prezidenti Rövnəq Abdullayev futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirdiyi oyunu şərh edib. Siasport.az saytının məlumatına görə, o, bunları dilə gətirib: "Futbolçularımız normal oynadılar, meydanda mübarizə apardılar. Biz qələbə qazanmağa da yaxın idik. Amma əvvəllər olduğu kimi, yenə əlavə olunan vaxtda çox pis oynadıq. Lakin bütövlükdə komandamızın çıxışını normal qiymətləndirirəm. Çətin səfərdə bir xal qazandıq. Fikrimcə, bu qolu daha tez buraxsaydıq, bu qədər məyus olmazdıq. Heyətimizdə çoxlu gənc futbolçular var. Bu, yaxşı əlamətdir".

Azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə