Maykl O`Nil: "Rəqibdən güclü idik"

Maykl O`Nil: "Rəqibdən güclü idik"

"Mən matçın nəticəsindən çox məyusam". Siasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya - Azərbaycan oyunundan sonra rəqibin baş məşqçisi Maykl O`Nil deyib. O, yığmamızdan güclü olduqları fikrindədir: "İkinci hissədə biz çoxsaylı qol vəziyyətlərindən yararlana bilmədik. Bunu ya bəxtsizliklə əlaqələndirəm, ya da ustalıq səviyyəmiz aşağıdı. Amma mən əminəm ki, biz Azərbaycan yığmasına qalib gələ bilərik. Bu gün də rəqibdən güclü idik. Etiraf etmək lazımdır ki, artıq bizim dünya çempionatına yollanmaq şanslarımız çox azaldı".

Bütün xəbərlər Facebook səhifəmizdə