Ruslan Abışov millimizin kapitanı təyin olundu

Ruslan Abışov millimizin kapitanı təyin olundu

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Belfast şəhərində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununda millimizin kapitanı olacaq futbolçu müəyyənləşib. Siasport.az saytının məlumatına görə, bu, Ruslan Abışovdur.

Xatırladaq ki, millimizin kapitanı Rəşad Sadıqov və vitse-kapitan Mahir Şükürov zədəli olduqları üçün Şimali İrlandiya yığması ilə oyunda komandamızın heyətində yer almayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə