İngiltərənin "Arsenal" futbol klubu, qış transfer dövründə İtaliyanın "Napoli" futbol klubunun forvardı Edinson Cavanini heytəində görmək istəyir. Siasport.az saytı xəbər verir ki, bu barədə İtaliyanın "ESPN" telekanalı məlumat yayıb. Telekanalın xəbərində deyilir ki, yeni mövsümdə uğursuz çıxış edən "topçular", A Seriyasında fırtına kimi əsən və özünü əla tərəfdən göstərən italyan futbolçu üçün düz 30 milyon avro ödəməyə hazırdırlar. Məlumata əsasən, artıq "Arsenal" rəhbərliyi öz niyyətini "Napoli"dəki həmkarlarının diqqətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB