Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət "Bakı-Azəryol" klubu CEV kuboku yarışlarının 2012/2013-cü il mövsümündə növbəti oyununa çıxacaq. Siasport.az saytının məlumatına görə, komandamız 1/8 final mərhələsi çərçivəsində səfərdə Almaniyanın "Rote Raben" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, "Bakı-Azəryol" komandası 1/16 final mərhələsində Sloveniyanın "Nova Branik" kollektivini mübarizədən kənarlaşdırıb. "Rote Raben" isə Albaniyanın "Minatori" komandasından güclü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB