"Xəzər Lənkəran"ın əsas və əvəzedici heyətləri arasında oyun keçirilib. Siasport.az saytının məlumatına görə, "Xəzər Lənkəran" stadionunun yardımçı meydançasında güclü yağış altında keçən qarşılaşmada əsas komanda "kiçik qardaşına" 2:1 hesabı ilə qalib gəlib. Belə ki, son zamanlar fəallığı və dinamik oyunu ilə seçilən yunan hücumçu Dimitrios Sialmas bu oyunda da 2 dəfə fərqlənməyi bacarıb. Əsas komandanın qapısına vurulan yeganə qolun müəllifi isə gənc istedadlı futbolçu Elnur Cəfərov olub.
Qeyd etmək lazımdır ki, hər hissəsi 35 dəqiqə davam edən oyunda əvəzedici komandanın heyətində artıq əsas komandada çıxış edən oyunçular Kazım Kazımlı, Akif Tağıyev və Kamran Abdullazadə də yer alıblar. Ağabala Ramazanov isə bir hissədə əsas, digərində isə əvəzedicilərin heyətində çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB