UEFA prezidenti Mişel Platini futbol üzrə 2020-ci il Avropa çempionatının yeni formatını təsdiq etməyi təklif edib. Siasport.az saytının məlumatına görə, bu barədə Almaniya mətbuatı məlumat verib. M.Platini kubokun 60 illiyi münasibətilə çempionatın Moskva, Berlin, Madrid, Lissabon, Zaqreb, London, Amsterdam, Afina, Bazel, Paris və Brüsseldə, yarımfinal və final oyunlarının isə İstanbulda keçirilməsini təklif edib.
Qeyd edək ki, bu layihəyə UEFA-nın İcraiyyə Komitəsinin dekabrın 7-də keçiriləcək iclasında baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB