Güləş üzrə Bakı şəhər çempionatı keçirilib

Güləş üzrə Bakı şəhər çempionatı keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda sərbəst güləş üzrə 95 idmançı, yunan-roma növü üzrə isə 66 güləşçi iştirak edib. Nəticələrə görə sərbəst güləş üzrə yarışlarda 55 kq çəki dərəcəsində I yerə İxtiyar Quliyev (Neftçi İSM), 60 kq çəki dərəcəsində I yerə Cəlal Süleymanov (DİN İC), 66 kq çəki dərəcəsində I yerə Hüseyn Nəsirov (Lokomotiv), 74 kq çəki dərəcəsində I yerə Bəxtiyar İsrafilli (Spartak), 84 kq çəki dərəcəsində I yerə Mircəfər Murtuzlu (Neftçi İSM), 96 kq çəki dərəcəsində I yerə Roman Bəkirov (Lokomotiv), 120 kq çəki dərəcəsində I yerə İlham Abidov (Lokomotiv) layiq görülüb.
Yunan-roma güləşi üzrə yarışlarda 55 kq çəki dərəcəsində I yerə Fazil Zamanzadə (İnter), 60 kq çəki dərəcəsində I yerə Taleh Məmmədov (Neftçi İSM), 66 kq çəki dərəcəsində I yerə Qadir Süleymanov (Cəngi), 74 kq çəki dərəcəsində I yerə Azad Əliyev (İnter), 84 kq çəki dərəcəsində I yerə Toğrul Yunisli (İnter), 96 kq çəki dərəcəsində I yerə Adil Hüseynov (DİN İC), 120 kq çəki dərəcəsində I yerə Eldar Atakişiyev (BAKI GK) layiq görülüb.
I, II və III yerləri tutmuş idmançılar medallar və diplomlarla təltif olunublar. I - VI yeri tutmuş idmançılar dekabr ayında keçiriləcək Respublika yarışlarına vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə