Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Rabitə" klubu Polşada "Atom"la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, hər 3 setdə ardıcıl qələbə qazanan komandamız rəqibdən üstün olduğunu nümayiş etdirib.
İlk hissədə 19:25, ikinci hissədə 22:25, son setdə isə 25:27 hesablı nəticələr "Rabitə"yə qələbə bəxş edib.
Çempionlar Liqası
III tur
B qrupu
"Atom" (Polşa) - "Rabitə" (Azərbaycan) 0:3 (19:25, 22:25, 25:27)
Hakimlər: Romeo Marin Nikolae (Rumıniya), Flipp Vericke (Fransa)
Sopot, Hala Eqro Arena
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB