Cüdo üzrə respublika turniri başa çatıb

Cüdo üzrə respublika turniri başa çatıb

Mingəçevir şəhərində yeniyetmə çüdoçular arasında respublika turniri başa çatıb. Siasport.az saytının məlumatına görə, şəhər gənclər və idman idarəsi tərəfindən təşkil edilən yarışda 11 şəhər və rayondan 160 idmançı 12 çəki dərəcəsində qalib adı uğrunda mübarizə aparıb.
Yarışda komanda hesabında Mingəçevir cüdoçuları birinci, Gəncə və Yevlax idmançıları isə müvafiq olaraq II-III yerləri tutublar.
Qaliblər şəhər gənclər və idman idarəsinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə