Azərbaycanın qadın voleybolçulardan ibarət "İqtisadçı" komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku uğrunda turnirin 2012/2013-cü il mövsümündə növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, komandamızın 1/8 final mərhələsi çərçivəsində rəqibi Rusiyanın "Omiçka" komandası olub.
"İqtisadçı" Rusiya təmsilçisini Azərbaycan Voleybol Mərkəzində keçirilən ilk oyunda 3:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, "İqtisadçı" 1/16 final mərhələsində Hollandiyanın "Sliedrecht" klubunu mübarizədən kənarlaşdırıb. "Omiçka" isə əvvəlki turda Bosniyanın "Yedinstvo" klubundan güclü olub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB