Berti Foqts: "Bunu sizə indi deməyəcəyəm"

Berti Foqts: "Bunu sizə indi deməyəcəyəm"

Bu gün Belfast şəhərində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Şimali İrlandiya - Azərbaycan oyununa həsr olunmuş mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, baş məşqçi millimizin inkişafa nail olduğunu qeyd edib: "Heyətdəki itkilərə baxmayaraq, komandada əhval-ruhiyyə yaxşıdır. Son təlim-məşq toplanışı ərzində inkişafa nail olmuşuq. Belfastdakı məqsədimiz qələbə qazanmaqdır. Amma onu da qeyd edim ki, 4 il əvvəl heyətdə bu qədər itki olsaydı, indiki fikrimi səsləndirə bilməzdim.

Şimali İrlandiya yığması çox təhlükəli komandadır. Portuqaliya millisi ilə əldə etdikləri heç-heçə onlara əlavə inam verir. Üstəlik, onlar başla da yaxşı oynayırlar. Hava ötürmələri zamanı ehtiyatlı olmalıyıq.

Qapıçı problemini həll edəcəyik. Əlbəttə, sabah qapıçımızın kim olacağını bilirəm, amma bunu sizə indi deməyəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə