"Qarabağ" klubu sabah məşqlərə başlayacaq. Siasport.az saytının məlumatına görə, bazar günü Premyer Liqanın XIII turunda "Simurq"u qəbul edəcək "Qarabağ"ın yarımçıq heyəti bugün məşqə çıxmayıb. İki gün öncə "Bakı" ilə yoxlama oyunu keçirdikdən sonra dünən məşq edən Qurban Qurbanovun yetirmələri bu gün istirahət ediblər. Sabah Suraxanı qəsəbə stadionundakı məşq saat 11:00-a təyin olunub. Millinin düşərgəsində olan futbolçular isə 2 gün sonra komandaya qoşulacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB