Futbol üzrə Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov və komitənin məsul üzvü Elçin Məmmədovun iştirakı ilə "Qəbələ"nin futbolçu və məşqçi heyəti üçün seminar təşkil olunub. Siasport.az saytının məlumatına görə, seminarda futbolçu və məşqçilərə UEFA qaydaları ilə bağlı ətraflı məlumat verilib. Toplantı zamanı müxtəlif oyun epizodları izlənilib və müzakirələr aparılıb. Sonda "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov tədbirin təşkilinə görə Hakimlər Komitəsinə təşəkkürünü bildirib və belə toplantıların davamlı olmasını arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB