Milimizin üzvü əməliyyat olunub

Milimizin üzvü əməliyyat olunub

Azərbaycanın ağır atletika üzrə millisinin üzvü İvan Stoitsov (85 kq) yığma komandadan ayrı düşüb. Siasport.az saytının məlumatına görə, milliləşdirilmiş legioner ayağından əməliyyat olunub. Bu səbəbdən onun 8 ay körpücük üzərinə çıxmayacağı dəqiqləşib.
Bundan sonra hazırlığa başlayacaq İ.Stoitsov məşqçilər heyətinin ümidlərini doğruldacağı halda əsas komandadakı yerini təmin edəcək.

Qeyd edək ki, İ.Stoitsovun adı London Olimpiadasına yollanacaq yığmamızın heyətinə salınsa da, həmin vaxt onu Sərdar Həsənov (69 kq) əvəzləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə