Ərəb əsgərləri Messini "girov" götürüblər?

Ərəb əsgərləri Messini "girov" götürüblər?

"Barselona"nın argentinalı futbolçusu Leonel Messi, milli komandanın heyətində hazırlıq matçı üçün getdiyi Səudiyyə Ərəbistanında çətin anlar yaşayıb. Siasport.az saytı xəbər verir ki, yerli ərəb azarkeşlər tərəfindən coşqu ilə qarşılanan argentinalı futbol ulduzu, təyyarədən enən kimi Səudiyyə Ərəbistanı əsgərləri tərəfindən əhatəyə alınıb. Ulduz futbolçunu qorumaq istəyən əsgərlər, bilmədən onu sıxışdırmağa başlayıblar ki, bu da foto-kameraların diqqətindən qaçmayıb. Bir sıra sosial şəbəkələrdə isə bu şəkil, "ərəblər Messini girov götürüb" manşeti ilə paylaşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə