İspaniyanın "Barselona" futbol klubu, yarımmüdafiəçi Xavi Ernandesin müqaviləsinin müddətini artırmaq üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, katalon klubunun menecerləri, habelə klubun vitse-prezidenti Xosep Bartomeu və idman direktoru Andoni Subisarreta futbolçunun agenti ilə görüşərək yeni müqaviləni müzakirə ediblər. İspaniya mətbuatı yazır ki, "Barselona" klubu istedadlı futbolçunu əldən çıxarmaq istəmir. Belə ki, artıq Avropanın bir neçə aparıcı futbol klubunun X.Ernandesə cəzbedici təkliflər göndərdiyi haqqında məlumatlar güclənməkdədir. Xatırladaq ki, X.Ernandesin "Barselona" ilə müqaviləsi 2014-cü ildə başa çatır. Kataloniya klubu razılaşmanı 2016-cı ilə qədər uzatmaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB