"Qarabağ"ın və milli komandamızın üzvü Əfran İsmayılov Ağdam klubunu tərk edir. Siasport.az saytının məlumatına görə, futbolçu bu barədə açıqlama verib: "Hələ getməmişəm. Amma bu haqda Qurban müəllimlə danışmışam. Müqaviləm mövsümün sonunda başa çatmasına baxmayaraq, mənə getməkdə problem yaratmayacaqlarını dedilər. Buna görə onlara təşəkkürümü bildirirəm. Hiss edirəm ki, komandaya kömək edə bilmirəm. Ona görə də getmək qərarına gəldim".
Əfran klub adı açıqlamasa da karyerasını ölkə daxilində davam etdirəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB