Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Qaradağ Təlim İdman Bazasında şahmat üzrə Bakı şəhər turniri keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda 100-ə yaxın iştirakçı 4 yaş qrupları arasında mübarizə aparıb. Nəticələrə görə 5-6 yaş qrupu arasında I yerə Amin Əzizli, II yerə Orxan Dərvişov, III yerə Xuraman Ağayeva, 7-8 yaş qrupu arasında I yerə Səftər Məmmədov, II yerə Alişan Alişanlı, III yerə Elvin Zamanov, 9-10 yaş qrupu arasında I yerə Möhsün Möhsünov, II yerə Allahyar Sadıqov, III yerə Səbuhi Dadaşov, 11-12 yaş qrupu arasında I yerə Nicat Əliyev, II yerə Heydər Mehdiyev, III yerə Zəfər Əliyev layiq görülüblər. Qaliblər BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB