Həmyerlimiz dünya çempionu oldu

Həmyerlimiz dünya çempionu oldu

Bu il noyabrın 5-dən 12-dək ABŞ-ın Las Veqas şəhərində keçirilən pauerlifting üzrə dünya çempionatında Azərbaycan yığma komandasının üzvü, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Hafiz Verdiyev qızıl medal qazanıb və dünya çempionu olub. Siasport.az saytının məlumatına görə, H.Verdiyev eyni zamanda, gənclər arasında mütləq dünya çempionu adına layiq görülüb.
Bu mötəbər yarışa 5 idmançı ilə qatılan Azərbaycan pauerliftingçilərindən Azər Əliyev 4-cü, Giraf Əliyev 5-ci, İbrahim İbrahimov isə 6-cı yeri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə