Mahmud Qurbanov: "Fanatlar haqlıdırlar"

Mahmud Qurbanov: "Fanatlar haqlıdırlar"

"Gələcəyə Körpü" fanklubunun ofisində azarkeşlər və "Kəpəz" klubunun üzvləri arasında görüş keçirilib. Siasport.az saytının məlumatına görə, görüşdə iştirak edən baş məşqçi Mahmud Qurbanov bununla bağlı təəssüratlarını bölüşüb: "Səmərəli tədbir oldu. Fanklublar dəvət etdilər, biz də onlarla görüşə böyük məmnuniyyətlə gəldik. Sağ olsunlar, turnir cədvəlində sonuncu pillədə olsaq da, komandaya dəstək nümayiş etdirirlər. Futbolçulara ruh yüksəkliyi verirlər. Onlara bunun üçün minnətdarıq. Azarkeşlərin təklif və iradlarını dinlədik. Fanatlar haqlıdırlar. İnanın ki, uğurla çıxış etməkdə özümüz daha çox maraqlıyıq. Baş məşqçi olaraq görüşdən razı qaldım. Görüşü təşkil edənlərə sağ ol deyirəm."

Bütün xəbərlər Facebook səhifəmizdə