Futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turu maraqlı qarşılaşamlarla zəngin olub. Siasport.az saytı xəbər verir ki, turun mərkəzi oyunu "Çelsi" və "Liverpul" arasında keçirilib. "Stenford Bric" stadionunda 42 min azarkeşin önündə oynanılan qarşılaşmada iki əzəli rəqib münasibətlərinə aydınlıq gətiriblər. Olduqca dramatik idman mübarizəsi şəraitində keçən qarşılaşmada tərəflər 1:1 hesablı nəticə ilə meydandan ayrılıblar. "Mançester Yunayted" isə çətin "Aston Villa" səfərindən 3:2 hesablı qələbə ilə dönüb. Son çempion "Mançester Siti" isə "Tottenhem"i 2:1 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB