İspaniya mətbuatı Arda Turanı Maradona ilə müqayisə etdi!

İspaniya mətbuatı Arda Turanı Maradona ilə müqayisə etdi!

ispaniya La Liqasının 11-ci turu çərçivəsində keçirilən "Xetafe"-"Atletiko" qarşılaşması, İspaniya mətbuatının müzakirə gündəminə çevrilib. Siasport.az saytı xəbər verir ki, mətbuatın əsas müzakirə mövzusu, qarşılaşmanın 42-ci dəqiqəsində türkiyəli futbolçu Arda Turanın "Xetafe"nin qapısından keçirdiyi qoldur. İspaniya mətbuatı hesab edir ki, A.Turanın çevik şəkildə topu əli ilə önünə atıb qapıya göndərməsi, vaxtilə Diyeqo Maradonanın əl ilə vurduğu qola bənzəyir. "Marça" qəzeti yazır ki, A.Turan bunu elə bir çevikliklə edib ki, oyunun baş hakimi belə baş verən "möcüzədən" xəbərsiz olub. "El Mundo" isə yazır ki, A.Turan, Maradona, Ronaldo və Messidən daha çevik şəkildə hərəkət edərək mükəmməl qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə