Dünya çempionatı başlayır

Noyabrın 13-də Bakı İdman Sarayında boks üzrə tələbələr arasında sayca 5-cü dünya çempionatı start götürəcək. Siasport.az saytının məlumatına görə, artıq 9 ölkə - Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Moldova, Nigeriya, Tacikistan, Gürcüstan və Estoniya bu yarışda iştirak edəcəklərini rəsmən təsdiqləyiblər. Ancaq turnir başlayana kimi daha 2-3 ölkənin boksçularının Azərbaycan paytaxtına gəlməsi istisna olunmur. Yarışın rəsmi açılış mərasimi noyabrın 13-ü saat 17.00-da başlayacaq. Final döyüşləri fevralın 18-i saat 14.00-da start götürəcək. Noyabrın 17-də "Baku Fires" klubu WSB liqasında Argentina komandası ilə Bakıda qarşılaşacağından, həmin gün yarışda istirahət günüdür.

Lənkərandakı təlim-məşq toplanışını başa vuran milli komandamız artıq Bakıya dönüb. Yığmamızın heyətində Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovla yanaşı, London Olimpiadasının iki iştirakçısı da var. Avropa çempionu Salman Əlizadə və qitə çempionatıın mükafatçısı, təcrübəli Samir Məmmədov da heyətə daxil edilib. S.Məmmədov bu dəfə yeni çəki dərəcəsində mübarizə aparacaq.

49 kq: Salman Əlizadə

52 kq: Samir Məmmədov

56 kq: Cavid Çələbiyev

60 kq: Şaban Şahpələngov

64 kq: Heybətulla Hacəliyev

69 kq: Tamerlan Abdullayev

75 kq: Emin Əhmədov

81 kq: Vətən Hüseynli

91 kq: Teymur Məmmədov

91+kq: Kamran Mehdiyev

Bütün xəbərlər Facebook səhifəmizdə