Özbəkistanın Çirçik şəhərində boks üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışda 4 qızıl və 2 gümüş medal qazanıb.
Turnirdə 46 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şamil İbrahimzadə (60 kq) də komanda yoldaşının uğurunu davam etdirib. O, yarışı birinci yerdə başa vurub. Hüseyn Tarverdili (66 kq) Vətənə qızıl medalla dönüb. Elvin Məhərrəmov (70 kq) da Özbəkistanda bütün rəqibləri üzərində qələbə qazanıb.
İki boksçumuz – Pərviz Quliyev (52 kq) və İlkin Əlibəyli (54 kq) yalnız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB