Azərbaycan taekvondoçuları İsveçrənin Lozanna şəhərində keçirilmiş açıq çempionatda iştirak ediblər. Siasport.az saytının məlumatına görə, olimpiya çəki dərəcələrində keçirilən mötəbər yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan idmançılarımız kişilər arasında ümumi komanda hesabında birinci olublar.
Turnirdə Ramin Əzizova (80 kq) qızıl, Elvin Məmmədov (80 kq), Fariz Əliyev (68 kq) və Günay Ağakişiyeva (57 kq) bürünc medal qazanıblar. Azərbaycan taekvondoçuları ilk dəfədir ki, "A" kateqoriyalı turnirdə kişilər arasında belə yüksək nəticə göstərirlər.
Baş məşqçi, respublikanın Əməkdar Məşqçisi Ələkbər İmaməliyev və Əməkdar Məşqçi Gündüz Abdullayevin rəhbərlik etdiyi milli komandamız Vətənə noyabrın 13-də dönəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB