"Xəzər Lənkəran" Beto ilə yollarını ayırıb. Siasport.az saytının məlumatına görə, avqust ayında bu kluba transfer olunan Beto ləqəbi ilə tanınan braziliyalı hücumçu Andre Roberto Suares da Silva artıq komandanın heyətində çıxış etməyəcək. Bu barədə klub rəsmi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, mövsümün əvvəlində Turkiyə Superliqasında çıxış edən Mersin İdman Yurdu klubundan transfer olunan futbolçu "Xəzər Lənkəran"ın heyətində uğurlu çıxış edə bilməyib. Komandanın heyətində 5 rəsmi oyuna çıxan braziliyalı forvard bu oyunların heç birində fərqlənməyib. Oyuncu yalnız "Xəzər Lənkəran"ın "Kəpəz"lə qarşılaşdığı yoldaşlıq görüşündə qapı torunu iki dəfə silkələyib. Bu oyun Betonun "Xəzər Lənkəran"ın heyətində fərqləndiyi yeganə omatç olub.
Klub Beto ilə əməkdaşlığına qarşılıqlı razılıq şəklində son qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB