"Qalatasaray" xal itirdi, "Fənərbaxça" qazandı...

"Qalatasaray" xal itirdi, "Fənərbaxça" qazandı...

Futbol üzrə Türkiyə Superliqasında turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, "ismət İnönü"də "Bursaspor"u qəbul edən "Beşiktaş", kritik qarşılaşmadan 3:3 hesablı nəticə ilə ayrılıb. Digər bir İstanbul nəhəngi olan "Qalatasaray" isə səfərdə "Mersin İdman Yurdu"nun qonağı olub. Ardıcıl Türkiyə Superliqasında və UEFA Çempionlar Liqasında qələbələr qazanan "cim bom", bu səfərdən 1:1 hesablı nəticə və 1 xalla dönməli olub. "Fənərbaxça" isə "Orduspor"la qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə