Cüdoçularımızdan iki qızıl, 4 gümüş və 3 bürünc medal

Cüdoçularımızdan iki qızıl, 4 gümüş və 3 bürünc medal

Cüdo üzrə Azərbaycan yığması Mayamidə (ABŞ) keçirilən veteranlar arasında dünya çempionatında uğurla çıxış edir. Siasport.az saytının məlumatına görə, növbəti yarış günündə cüdoçularımız 2 gümüş və 1 bürünc medal qazanıblar.
Çempionatda 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərhad Rəcəbli gümüş medala sahib olu. Mundialda 100 kiloqramdan yuxarı çəki dərəcəsində cüdoçularımız Azər Əsgərov gümüş, Yusif Kazımov isə bürünc medal qazanıblar.
Çempionatın ilk üç günündə Azərbaycan idmançıları 9 medala sahib olublar. Bunlardan ikisi qızıl, dördü gümüş və üçü bürünc medaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə