Azərbaycan çempionatında 4-cü turun oyunları keçirilib NƏTİCƏLƏR

Azərbaycan çempionatında 4-cü turun oyunları keçirilib NƏTİCƏLƏR

Qadın voleybolçular arasında Azərbaycan çempionatının I dövrəsinin 4-cü turunun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, ilk olaraq meydançaya "Telekom Bakı" və "Azərreyl" komandaları çıxıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda "Azərreyl" rəqibini 3:0 (25:17, 25:19, 25:12) hesabı ilə məğlub edib.
Turun ikinci qarşılaşmasında "Rabitə" və "İqtisadçı" komandaları üz-üzə gəliblər. Çempionlar Liqası yarışlarında Azərbaycanı uğurla təmsil edən "Rabitə" bu görüşdən qalib ayrılıb - 3:1 (25:15, 24:26, 26:24, 26:24).
Günün sonuncu görüşü "Lokomotiv" və "Azəryol Bakı" komandaları arasında keçirilib. Bu görüşdə "Lokomotiv" komandası 3:1 (25:14, 26:28, 25:15, 25:19) hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə