“Sumqayıt” “Neftçi” ilə oyuna hazırlaşır

“Sumqayıt” “Neftçi” ilə oyuna hazırlaşır

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində noyabrın 17-də səfərdə "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, Bayıl stadionunda məşqə çıxan komanda əvəzedicilərlə birləşərək iki tərəfli oyun keçirib. Zədəsini sağaltmış Ruslan Qurbanov artıq komanda ilə birlikdə məşqlərə başlayıb.

Milli komandanın heyətində yer alan Səlahət Ağayev, Uğur Pamuk və "Portu"nun düşərgəsində baxışda olan Orxan Əliyev isə hazırlıq prosesində iştirak etməyib. Bu gün istirahət edəcək "Sumqayıt" noyabrın 13-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yeni məşqə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə