Nörbəti turun hazırlıqlarına start verən "Simurq" DÇ-nın seçmə qrup mərhələsinin oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edərək yoxlama görüşü keçirməyi planlaşdırır. Siasport.az saytının məlumatına görə, komandanın artıq rəqibi də müəyyənləşib. Belə ki, "Simurq" bu gün saat 15:00-da Mingəçevir şəhərində yerləşən Yaşar Məmmədzadə adına stadionda "Kəpəz"lə qarşılaşacaq.
Qeyd edək ki, Zaqatala təmsilçisi Topaz Premyer Liqasının XIII turunda "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma noyabrın 18-i saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB