Futbol üzrə milli komandamızın və "Neftçi" klubunun üzvü Mahir Şükürovun zədəsinin daha ağır olduğu müəyyənləşib. Siasport.az saytının məlumatına görə, futbolçunun əzələ ağrıları olduğu bildirilsə də, sonradan ayaq bağlarında qırıqlar olduğu aşkarlanıb.
Hazırda onun sağ ayağı gipsdədir və bu, 10 gün davam edəcək.
Qeyd edək ki, zədənin sağalmasının belə uzun çəkməsi Mahirin "Partizan"la oyunu buraxması ilə nəticələnəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB