Qadınlardan ibarət "Lokomotiv Biləcəri" komandası Yuliya və İrina Makarenko bacıları ilə müqavilə imzalayıb. Siasport.az saytının məlumatına görə, "Omiçka"nın (Rusiya) əvəzedici komandasından gələn 20 yaşlı əkizlərlə mövsümün sonunadək razılıq əldə olunub. Əkizlərin eyni klubda oynamasına Azərbaycan çempionatında hələ indiyədək rast gəlinməyib.
Yuliya orta sahə voleybolçusudur. 185 sm boya malik oyunçu Rusiyanın Tələbələr Liqasının gümüş mükafatçısıdır. İrina isə oyun qurucusudur. Onun boyu bacısından 3 sm böyük olsa da, hələ heç bir titul qazanmayıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB