Jan-Pyer Papen "Bakı"da

"Bakı" dünya şöhrətli Jan-Pye Papenlə əməkdaşlığa başlayıb. Siasport.az saytının məlumatına görə, canlı əfsanə, 1991-ci ildə "Qızıl Top"un sahibi olan Jan-Pyer Papen klubun meneceri vəzifəsini icra edəcək. Onun səlahiyətlərinə transfer və digər işlər də daxil edilib. Müqavilənin maddi tərəfləri açıqlanmasa da dəqiqləşdirməyə çalışacağıq. Qeyd edək ki, tərəflər arasında danışıqlar çoxdan davam edirdi və "Atletiko"nun prezidenti "Bakı"nın qonağı olan vaxtda fransız futbol adamı ilə ilkin razılıq əldə olunub.

Qeyd edək ki, Papen ötən gün qarşılıqlı razılıq əsasında komandadan ayrılan Kamran İsmayılovun yerinə gəlməyib. Klub İsmayılovdan boş qalan postu başqa biri ilə dolduracaq.

Sportmedia.az

Bütün xəbərlər Facebook səhifəmizdə