İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu

ABŞ-da veteran cüdoçular arasında dünya çempionatına start verilib. Siasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı tatamiyə çıxıb. Onlardan Zülfiyyə Hüseynova (70 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz qızıl medala gedən yolda Tseveqmed Namdaqı (Monqolustan), Sabina Menneni (Fransa) və Deçinmaa Raadanı (Monqolustan) məğlub edib.

Digər cüdoçumuz Məhəmməd Müslümzadə (100 kq-dan yuxarı) isə mükafatçılar arasına düşə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə