“Tərəqqi” hazırdır

I Divizionda IX turun oyunları çərçivəsində bu gün "Tərəqqi" Gəncədə "Şuşa"nı qəbul edəcək. Siasport.az saytının məlumatına görə, Vasif Vəliyevin komandası oyunla bağlı hazırlıqlarını başa vurub. Son hazırlıq prosesi Gəncə şəhər stadionunun yardımçı meydançasında reallaşıb. Bir saatdan bir qədər çox sürən məşqdə isinmə hərəkətlərindən sonra "Tərəqqi"nin üzvləri toplu çalışmalara başlayıb. Hazırlıq prosesinin sonunda isə oyunçular şərti olaraq iki - "göy" və "qırmızı" komandalara bölünərək futbol oynayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə