"Bakı"da yeni təyinat

Vüqar Hüseynzadə "Bakı" futbol klubunun A komandasının meneceri vəzifəsinə təyin olunub. Siasport.az saytının məlumatına görə, Vüqar Güloğlan oğlu Hüseynzadə 22 may 1991-ci il tarixində Bakı şəhərində anadan olub. O, orta təhsilini İsveçin paytaxtı Stokholmda yerləşən Yensen Gimnazium Vastrada alıb, Sport Business Nordic (SBN) şirkətində skaut vəzifəsində çalışıb.

V.Hüseynzadə 2010-2012-ci illərdə Amerika Birləşmiş Ştatlarının Boston Universitetində Biznes İdarəçiliyi ixtisasına yiyələnib. O, 2012-ci ilin fevral ayından etibarən "Bakı" futbol klubunda müşavir kimi fəaliyyət göstərib, həmin ilin noyabr ayında A komandanın meneceri vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə