Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Seltik"lə qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılan "Barselona"da, hər kəs günahkar axtarışına çıxıb. Siasport.az saytı xəbər verir ki, katalon klubunun hücumçusu Lionel Messi "Seltik"lə keçirilən oyun haqda maraqlı danışıb. L.Messi, bütün günahların topda olduğunu bildirib: "Dünən iki həftə öncə "Nou Kamp"da baş tutan ilk görüşdən daha yaxşı oynadıq. Lakin top qapı xəttini keçmək istəmirdi. Rəqib müdafiəyə qapanır və əks hücumlarda çox təhlükəli oynayırdılar. Üstəlik rəqibin qapıçısı fantastik qurtarışlar etdi. Vurduğum qol da heç nəyi dəyişmədi. Nəticədə məğlub olduq. Artıq qarşıdakı oyunlara baxacağıq". Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində səfərdə "Seltik"ə 1:2 hesabı ilə məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB