Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Ayaks"la keçirilən qarşılaşmadan cəmi bir xalla ayrılan "Mançester Siti"də gərgin lik hökm sürür. Siasport.az saytı xəbər verir ki, ingilis klubunun italyan baş məşqçisi Roberto Mançini, qarşılaşma bitən kimi, oyunun baş hakimi ilə "haqq-hesab çürütməyə" yollanıb. Belə ki, R.Mançini baş hakim Peter Rasmusseni təhqir edərək, onu Ağueronun vurduğu qolu hesaba almamaqda ittiham edib. Artıq baş məşqçinin hakimə qarşı təhqiramiz hərəkəti və ona hücum etməsi UEFA tərəfindən qeydiyyata alınıb. İngilis mətbuatı yazır ki, əgər günahı təsdiqlənsə, o zaman R.Mançiniyə qarşı UEFA tərəfindən ciddi cəza veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB