Bakı şəhər açıq turnirinə yekun vurulub

Bakı şəhər açıq turnirinə yekun vurulub

Qızlar arasında voleybol üzrə Bakı şəhər açıq turnirinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Azərbaycan Voleybol Federasiyası və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 1998-1999-сu il təvəllüdlü qızlar arasında keçirilib.

Turnirdə 9 komanda 3 yarımqrupda mübarizə aparıb. Yarışda birinci yerə "Lokomotiv-UGİM" komandası çıxıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq "Sumqayıt" və "Azərreyl" komandaları bölüşüblər.
Qalib komandalara kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə