“İqtisadçı” - “Omiçka” matçının vaxtı müəyyənləşdi

“İqtisadçı” - “Omiçka” matçının vaxtı müəyyənləşdi

Bakının qadınlardan ibarət "İqtisadçı" voleybol komandasının Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının 1/8 final mərhələsində "Omiçka" ilə ilk oyununun vaxtı müəyyənləşib. Siasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Rusiya komandasını noyabrın 13-də qəbul edəcək. Voleybol Mərkəzində keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Omiçka" - "İqtisadçı" görüşü noyabrın 21-də olacaq. Lakin hələ qarşılaşmanın başlama saatı məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə