“Sumqayıt”ın üzvü “Portu”da baxışdadır

“Sumqayıt”ın üzvü “Portu”da baxışdadır

"Sumqayıt" Futbol Klubunun hücumçusu Orxan Əliyev yenidən diqqət mərkəzinə düşüb. Siasport.az saytının məlumatına görə, 17 yaşlı futbolçu hazırda Avropa nəhəngi, Portuqaliya çempionu "Portu"nun düşərgəsinə baxışa yollanıb. Belə ki, noyabrın 2-də adıçəkilən klubun Skautlar Departamentinin Direktoru Joao Luis Afonso tərəfindən "Sumqayıt"a faks daxil olub. Məktubda qeyd olunub ki, "Portu" komandanın üzvü Orxan Əliyevi baxışa dəvət edib. Artıq dünən Portuqaliyaya yollanmış futbolçu hazırda "Portu"nun bazasındadır.


Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə "Sumqayıt"ın heyətində Premyer Liqada 8 qarşılaşmada (486 dəqiqə) forma geyinib və rəqib qapılarından 2 top keçirib. O, ötən mövsüm isə 5 qolla komandanın Premyer Liqada ən sərrast futbolçusu seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə