Bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Rumıniyada yerli "Kluj" komandası ilə qarşılaşacaq İstanbulun "Qalatasaray" komandasında əla əhval-ruhiyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Fatih Terim və futbolçular bu axşam qələbə qazanıb qrupdan çıxmaq üçün mübarizəyə başlayacaqlarını dilə gətiriblər. Komandanın hücumçusu Burak Yılmaz jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib ki, onlar qalan 3 qarşıalşmada ancaq və ancaq qələbə üğrunda mübarizzə aparacaqlar: "Qupdakı hazırkı yer bizə yaraşmır. Bütün futbolçular artıq var gücü ilə çalışıb qrupdan çıxmaq üçün mübarizə aparmağa kökləniblər"-deyə B.Yılmaz fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB