V Respublika Oyunlarınının zona yarışları keçiriləcək

V Respublika Oyunlarınının zona yarışları keçiriləcək

Noyabr ayında idman məktəblərinin V Respublika Oyunlarının proqramına daxil olan yunan-Roma və sərbəst güləş idman növləri üzrə 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında zona yarışları təşkil ediləcək. Siasport.az saytının məlumatına görə, yarışlar Gənclər və İdman Nazirliyinin 2012-ci il üçün vahid idman təqvim planına əsasən keçiriləcək.

Sərbəst güləş üzrə zona yarışları noyabrın 9-10-da Bakıda, Hovsan Olimpiya İdman Kompleksində, noyabrın 12-15-də Gəncə, İmişli və Balakən olimpiya idman komplekslərində təşkil ediləcək. Yunan-Roma güləşi üzrə zona yarışları isə Bakıda, Hövsan Olimpiya İdman Kompleksində noyabrın 7-8-də, Şəmkir və Sabirabad olimpiya idman komplekslərində noyabrın 16-19-da keçiriləcək.

Yarışlarda ümumilikdə 1200-dən çox yeniyetmə idmançının iştirakı gözlənilir.

Əsas məqsəd yeniyetmələrin idman ustalıqlarının artırılması, ehtiyat qüvvənin hazırlanmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə