"Real" yenə "alman maşını" ilə bacarmadı!

"Real" yenə "alman maşını" ilə bacarmadı!

Dünən axşam UEFA Çempionlar Liqasında qrup mərhələsi çərçivəsində növbəti qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, gecənin ən maraqlı qarşılaşması Madriddə baş tutub. Burada keçən həftə Almaniyada yerli "Borussiya" ilə qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılan "Real" klubu, doğma meydanda bunun əvəzini çaxmağa çalışıb. Amma hər şey "Real" üçün pis qurtarıb. Belə ki, almanlar ilk hissənin sonlarına qədər kral klubunu düz 2 dəfə cəzalandırıblar. Yalnız ilk hissənin 34-cü dəqiqəsində Pepenin vurduğu qol ispanlara təsəlli olub. İkinci hissənin son dəqiqəsində Məsut Özil yekun hesabı müəyyənləşdirən qola imza atıb. Beləliklə "Real" və "Borussiya" arasındakı görüş 2:2 hesablı nəticə ilə yekunlaşıb. Bir başqa alman təmsilçisi olan "Şalke" də Londonda keçirilən qarşılaşmada "Arsenal" ilə 2:2 hesablı nəticəyə razılaşıb. Bundan başqa "Milan" öz meydanında "Malaqa" ilə keçirdiyi qarşılaşmadan 1:1 hesablı nəticə ilə ayrılıb.

A qrupu

23:45. PSJ (Fransa) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 4:0
Qollar:
Aleks, 16 (1:0), Matiudi, 61 (2:0), Menez, 65 (3:0), Hoarau, 80 (4:0)

23:45. "Dinamo" (Kiyev, Ukrayna) – "Portu" (Portuqaliya) - 0:0

B qrupu

23:45. "Olimpiakos" (Yunanıstan) – "Monpelye" (Fransa) - 3:1
Qollar:
Maçado, 4 (1:0), Belhanda, 67-pen (1:1), Qreko, 80 (2:1), Mitroglou, 82 (3:1)

23:45. "Şalke" (Almaniya) – "Arsenal" (İngiltərə) - 2:2
Qollar: Uolkot, 18 (0:1), Jiru, 26 (0:2), Huntelar, 45 (1:2), Farfan, 67 (2:2)

C qrupu

23:45. "Milan" (İtaliya) – "Malaqa" (İspaniya) - 1:1
Qollar:
Eliseu, 40 (0:1), Pato, 73 (1:1)

23:45. "Anderlext" (Belçika) - "Zenit" (Rusiya) - 1:0
Qol:
Mbokani, 17 (1:0)

D qrupu

23:45. "Mançester Siti" (İngiltərə) - "Ayaks" (Hollandiya) - 2:2
Qollar:
De Yonq, 10 (0:1), 17 (0:2), Y.Ture, 22 (1:2), Aquero, 74 (2:2)

23:45. "Real" (Madrid, İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:2
Qollar:
Reus, 28 (0:1), Pepe, 34 (1:1), Qötze, 45 (1:2), Özil, 89 (2:2)

Bütün xəbərlər Facebook səhifəmizdə