"Qarabağ" hazırlıqlarını tam heyətlə keçə bilməyəcək

"Qarabağ" hazırlıqlarını tam heyətlə keçə bilməyəcək

"Qarabağ" sabahdan məşqlərə başlayacaq. Siasport.az saytının məlumatına görə, noyabrın 18-də "Simurq"la qarşılaşacaq Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov AZAL-la baş tutan oyundan sonra komandaya 2 günlük istirahət vermişdi.

Milli oyunlarla əlaqədar olaraq yaranacaq fasilə müddətində "Qarabağ" hazırlıqlarını tam heyətlə yerinə yetirə bilməyəcək. Buna səbəb isə komandanın bəzi futbolçularının millinin düşərgəsinə yollanmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə