Millimizin məşqi mətbuata açıq olacaq

Millimizin məşqi mətbuata açıq olacaq

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Belfast şəhərində Şimali İrlandiya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə bu gündən etibarən Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Siasport.az saytının məlumatına görə, millimizin bu gün saat 16:15-də, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək məşqi mətbuat üçün açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə