Kiyev "Dinamo"sunun forvardı "Qalatasaray"da oynamaq istəyir

Kiyev "Dinamo"sunun forvardı "Qalatasaray"da oynamaq istəyir

Kiyev "Dinamo"sunun forvardı Artem Milevskiy futbol koryerasını Türkiyədə, konkret desək "Qalatasaray"da davam etdirmək istəyir. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bu barədə futbolçunun meneceri Malik Arkinov açıqlama ilə çıxış edib. O, futbolçunun bir neçə həftə bundan öncə ona müraciət edərək, Ukrayna təmsilçisindən ayrılmaq istədiyini, UEFA Çempionlar Liqasında mübarizə aparan İstanbulun "Qalatasaray" klubunda forma geymək istədiyini dilə gətirib. Menecer bildirib ki, "Qalatasaray" variantı alınmasa belə, futbolçu digər güclü türk klublarında forma geyməyi arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə