Heydər Əliyev adına İdman-Konsert Kompleksində Beynəlxalq Basketbol Federasiyasının (FİBA) təlimatçısı Nakiç Davorinin rəhbərliyi altında hakimlər üçün seminar keçirilib. Siasport.az saytının məlumatına görə, seminarın birinci hissəsində video-materialların təqdimatı ilə mühazirə oxunub. İkinci hissədə isə praktik məşğələlər keçirilib.
Seminarda Azərbaycan Basketbol Federasiyasının hakimlər kollegiyasını təmsil edən hakimlər və müxtəlif yaş qruplarında çalışan məşqçilər iştirak ediblər.
Daha sonra seminar iştirakçıları yazılı imtahan veriblər. Yekunda seminarda iştirak edən və uğurla imtahan verən hakim və məşqçilərə beynəlxalq sertifikatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB